...

Cinsi zorakılığın qurbanı olan uşağın foto və videolarının yayılmasının qarşısı alınacaq

Cəmiyyət Materials 28 Yanvar 2026 11:01 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının yayılmasının qarşısı alınacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının (o cümlədən ekspertiza rəyi, videogörüntü, fotoşəkil) yayılmaması təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti