Bakı.Trend:
Şəmkir rayonunda avtomobillərin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə 26 yanvar 2026-cı il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi “VAZ 2110” markalı avtomobil Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Vüsal Rüstəmli aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun azyaşlı oğlu, 2020-ci il təvəllüdlü Adəm Rüstəmli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
