...

Türkiyədən qanunsuz qızıl gətirməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Cəmiyyət Materials 28 Yanvar 2026 13:21 (UTC +04:00)
Türkiyədən qanunsuz qızıl gətirməkdə təqsirləndirilən şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluqda və qaçaqmalçılıqda təqsirləndirilən Elman Atakişiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi baş tutub.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ittihama əsasən, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girərək İstanbuldan 782 349 manat dəyərində zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti