...

Ağcabədidə 19 bıçaq zərbəsi endirilən azyaşlının son vəziyyəti açıqlandı

Cəmiyyət Materials 9 Fevral 2026 10:31 (UTC +04:00)
Ağcabədidə 19 bıçaq zərbəsi endirilən azyaşlının son vəziyyəti açıqlandı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 5-də Ağcabədinin Aşağı Avşar kəndində şərti adı Pünhan olan azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb.

Qeyd edək ki, pasiyent Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra dərhal əməliyyat blokunda alınmış, əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti