Bu gün Azərbaycanda əhalinin korrupsiya ilə mübarizə məsələsində məlumatlandırılmasının genişləndirilməsi üçün zərurət yaranıb. Trend agentliyi bildirir ki, Amerika Hüquqşünaslar Assosiasiyasının nümayəndəsi (ABS CEELI) Kristin Vomak (Kristine Womack) bu bəyanatla çıxış edib.
"Korrupsiya hər bir dövlətin, o cümlədən Azərbaycanın iqtisadi inkişafını gecikdirən əsas amillərdən biridir"-deyə K. Vomak qeyd edib.O, bildirib ki, əhalinin məlumatlandırılmasının artırılması korrupsiyanın istənilən forması ilə mübarizəni fəallaşdırmağa kömək edər.
Onun fikrincə, korrupsiya faktlarının uğurla aradan qaldırılması yalnız Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq instansiyaların sıx əməkdaşlığı sayəsində mümkündür. "Bu sahədə əsas rolu işıqlandırma fəaliyyətinin bir hissəsi olan seminarlar, konfranslar və müxtəlifı nəşrlərə vermək lazımdır.
Xüsusilə Azərbaycanın regionlarında yaşayan əhalinin məlumatlandırılması artırılmalıdır" -deyə ABS CEELI nümayəndəsi bildirib.O, Kristin Vomak (Kristine Womack) -in işində dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.