...

TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI ALİ MƏKTƏBLƏRDƏ BOŞ YERLƏRƏ ƏLAVƏ QƏBULUN NƏTİCƏLƏRİNİ DƏRC EDİB

Cəmiyyət Materials 20 Avqust 2005 14:07 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzorə Dövlət Komissiyası (TQDK) "Abituriyent" jurnalının 8-ci növrəsində ali məktəblərdə boş qalmış yerlərə əlavə qəbulların nəticələrini elan edib. Bu barədə Trend ə TQDK-dən məlumat verilib.

Ali məktəblərə imtahan zamanı yığdığı bal əsasında orta ixtisas məktəblərinə qəbul olmuş abituriyentlərin nəticələri jurnalın 9-cu nömrəsində dərc olunub. Abituriyentlər bu jürnalları TQDK-nın binasından əldə edə bilərlər. Nəticələri parallel olaraq TQDK-nın internet-saytında və Azercellin "ImtahanCell" xidmətininn köməyi ilə də öyrənmək olar.

Ali məktəblərin, eləcə də texnikumların hər hansı şöbəsinə (əyani, axşam, qiyabi) əlavə qəbul nəticəsində daxil olmuş abituriyentlər avqustun 30-na kimi öz sənədlərinin daxil olduqları təhsil müəssisəsinə təqdim etməlidirlər, orada onlar qeydiyyatdan keçərək TQDK-nin ali və orta ixtisas məktəblərinə göndərdikləri qəbul olanların siyahısına salınmalıdırlar.

Abituriyentin göstərilən mpüddətə qədər qeydiyyatdan keçməməsi müvafiq ixtisasa götürülməkdən imtina edilməsi kimi qiyəmtləndiriləcək və onun qəbul olunmaq barədə əmri ali məktəbə göndərilməyəcək.

TQDK-dən bildiriblər ki, 2005-ci il avqustun 16-da apellyasiya komissiyasının işini tamamlaması iləç əlaqədar olaraq ali məktəbə qəbul barədə ərizələr, şikayətlər, xahişlər qəbul edilməyəcək və onlara baxılmayacaq.

Xəbər lenti

Xəbər lenti