Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə sentyabrın 21-də Nyu-Yorkda Fondun "Vicdana çağırış" mükafatının təqdim olunması mərasimində iştirak etmək üçün dəvət alıb. Bu barədə Trend ə QMİ-dən bildirilib.
Paşazadə bu mərasimə dəvət olunmuş yeganə din xadimidir və o, bütün dünya müsəlmanlarını təmsil edəcək. Məhz onun təşəbbüsü ilə "Vicdana çağırış" Fondu öz forumlarında Azərbaycanın düzgün mövqeyini, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələri əsasında həllini dəstəkləyib.
Bu ilə Fondun "Dövlət xadimi" illik mükafatı Avstriyanın baş naziri Con Qovarda veriləcək.
1965-ci ildə yaradılmış Fond din və insan hüquqlarının azadlığı sahəsində fəaliyyət göstərir. ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Cimmi Karter, Cerald Ford, keçmiş dövlət katibi Henri Kissincer, Madlen Olbrayt və başqaları Fondun üzvləridir.