...

HOMOSEKSUAL AİLƏ HƏYATI QURMAQ İSTƏYƏN 8 NƏFƏR AZƏRBAYCANLI AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİB

Cəmiyyət Materials 13 Sentyabr 2005 17:35 (UTC +04:00)

Homoseksual ailə həyatı qurmaq istəyən 8 nəfər Azərbaycan vətəndaşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Bu barədə Trend ə "Bank İnformasiya" beynəlxalq terrorizmə qarşı strateji araşdırmalar mərkəzinin direktoru Rövşən Novruzoğlu məlumat verib.

Həmin vətəndaşlar cinsi azlıqlardır və şikayətlərini də onunla əsaslandırırlar ki, Azərbaycan qanunları onların homoseksual ailə həyatı qurmalarına imkan vermir. Homoseksualistlər məhkəmədən bu evliliyə şərait yaradan ölkələrə (əsasən Hollandiyaya) miqrasiya olunmalarını xahiş edirlər.

Avropa Şurasının Bakıdakı İnformasiya Bürosunun rəhbəri İlqar İbrahimli isə qeyd olunan səbəblə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə edilmiş müraciətlər barədə konkret məlumat verməyib. Bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə olunan şikayətlərin səbəblərini açıqlaman həmin məhkəmənin işinə müdaxilə hesab olunur.

Xəbər lenti

Xəbər lenti