"Voleybol üzrə Azərbaycan yığması Avropa Çempionatında medal uğrunda mübarizə apara bilər". Rusiya komandasının baş məşqçisi Covanni Kaprara Xorvatiyada birinciliyə startın verilməsi ərəfəsində belə fikirdədir.
Trend in xəbər verdiyi kimi, italiyalı məşqçi Faiq Qarayevin yetirmələrini Polşa ilə yanaşı "A" qrupunun favoritləri hesab edir. "Mən hesab edirəm ki, bu, güclü komandadır.
Azərbaycan yığması Rusiya komandasından güclüdür və bu, bizə daha yaxşı oynamaq üçün əsas verir. Turnirin başlanmasına qədər qalmış vaxt ərzində biz komandalarımız arasındakı fərqi azaltmalıyıq. Bu, xüsusilə psixoloji aspektə aiddir", - deyə Kaprara qeyd edib.
Xatırladaq ki, komandamız cari mövsümdə müxtəlif turnirlərdə Rusiya yığması üzərində artıq 3 dəfə qələbə qazanıb.