...

ALLA HƏSƏNOVA: "BİZİM SƏHV ETMƏYƏ HAQQIMIZ YOXDUR"

Cəmiyyət Materials 19 Sentyabr 2005 16:58 (UTC +04:00)

"Rumıniya üzərində qələbə öz gücümüzə inamımızı artırdı. Lakin bütün əsas matçlar hələ irəlidədir". Azərbaycanın voleybol üzrə qadın yığmasının kapitanı Alla Həsənova bu barədə Trend ə Xorvatiyada keçirilən Avropa çempionatının üçüncü turu matçı ərəfəsində bildirib.

O bildirib ki, qitə birinciliynin yarımfinalına çıxmaq üçün komanda digər qruplardakı döyüşlərdə qalib gəlməlidir. "Polşadakı məğlubiyyətdən sonra bizim səhv etməyə haqqımız yoxdur, ona görə də hər görüşdə maksimum xal toplamaq zəruridir", - deyə A.Həsənova bildirib. Voleybolçu bildirib ki, yarışın final mərhələsində zəif rəqib olmur. Buna görə də hər bir oyuna həddəindən artıq toplanmış şəkildə çıxmaq zəruridir.

Qeyd etmək lazımdır ki, iki turun nəticələrinə görə Azərbaycanın yığmasının aktivində üç xal hesabı var.

Xəbər lenti

Xəbər lenti