...

YELENA ŞABOVTA: "ALMANİYA ÜZƏRİNDƏ QƏLƏBƏMİZ YARIMFİNALA ÇIXMAQ ŞANSIMIZI ARTIRIB"

Cəmiyyət Materials 20 Sentyabr 2005 14:31 (UTC +04:00)

"Almaniya üzərində qələbəmiz bizim Avropa çempionatının yarımfinal mərhələsinə çıxmaq şansımızı həddən artıq artırıb". Bu barədə Trend ə Azərbaycan yığmasının aparıcı voleybolçusu Yelena Şabovta alman yığması üzərində 3:0 hesabı ilə qələbədən sonra bəyan edib.

O bildirib ki, matç o qədər də asan keçməyib və komanda bu nəticəni əldə etmək üçün maksimum qüvvə sərf edib. "Bu ilki mövsümdə iki dəfə bizdən qisas almaq istəyən rəqibləimizə məğlub etməyə nail olmuşuq. Lakin qələbə bu dəfə də birinciliyin favoritlərindən biri olduğunu sübut edən Azərbaycan yığmasının tərəfində oldu", - deyə Y.Şabovta qeyd edib.

Xəbər lenti

Xəbər lenti