...

SAQARECO AZƏRBAYCANLILARI ETİRAZ ƏLAMƏTİ OLARAQ YOLU BAĞLAYIB

Cəmiyyət Materials 24 Sentyabr 2005 15:22 (UTC +04:00)

(Kavkaz-Press) - Saqarecoğ rayonunun Badiauri kəndində yaşayan azərbaycanlılar bu gün Tbilisi-Qurcaani avtomobil yolunu bağlayıb. Azərbaycanlılar bunu kənddə onlardan kəndi tərk etməyi tələb edən bir neçə şəxsə etiraz olaraq edib.

"Onlar bizə bəyan etdilər ki, biz buradan gedək, çünki, burada gürcülər yaşayacaq.Bu təxribatdır. Biz yerli gürcülərlə çox yaxşı münasibətdə yaşayırıq və buradan da heç bir yerə getmək istəmirik"-deyə aksiya iştirakçıları bildirib.Onların sözlərinə görə, kimsə onları gürcü əhalisi ilə üz-üzə qoymaq istəyir və onlar yerli hakimiyyətdən və polisdən müdafiə istəyir.

Həmçinin aksiya iştirakçıları bəyan edib ki, onlar çağrılmamış qonaqlardan birini tanıyıblar.Bu, Saqareco rayonu polis əməkdaşının qardaşı olub. "Biz yardım üçün polisə müraciət etdik, amma onlar heç nə etmədi"-deyə kəndlilər bildirib.

Xəbər lenti

Xəbər lenti