...

İKİ AZƏRBAYCANLI GÜLƏŞÇİ DÜNYA ÇEMPİONATINDA ÇIXIŞINA QƏLƏBƏ İLƏ BAŞLAYIB

Cəmiyyət Materials 27 Sentyabr 2005 16:25 (UTC +04:00)

Sərbəst güləş üzrə iki güləşçimiz Budapeştdə keçirilən dünya çempionatında çıxışına qələbə ilə başlayıb.

Trend in xəbər verdiyi kimi, 96 kq çəki dərəcəsində Rustəm Ağayev rumıniyalı Nikolaye Gitanı (3:1) məğlub edərək növbəti mərhələyə çıxıb. Gənclər arasında planet birinciliyinin qalibi Elnur Əliyev (74 kq) də komanda yoldaşının bu uğurunu davam etdirərək slovakiyalı Daniel Dançaka qalib gəlib.

Lakin yarışların birinci günü atletlərə medal gətirməyib, ən yaxşı nəticəni isə 5-ci yer tutan Sidney qalibi Namiq Abdullayev göstərib. Əbil İbrahimov (60 kq) və qitə birinciliyinin gümüş mükafatçısı Elman Əsgərov (66 kq) isə yarışı ilk mərhələlərdə tərk ediblər.

Xəbər lenti

Xəbər lenti