...

TEYMUR RƏCƏBOV FİDE REYTİNQİNDƏ QALXIB

Cəmiyyət Materials 30 Sentyabr 2005 17:33 (UTC +04:00)

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov FİDE-nin yeni reytinqində öz mövqeyini xeyli yaxşılaşdırıb.

Trend bildirir ki, oktyabrın 1-nə olan təsnifata əsasən, Polşada Avropa çempionatının gümüş mükafatçısı on ikinci mərhələyə qalxıb.Son üç ay ərzində o, 22 xal toplayıb və indi onun reytinqi 2704 bala bərabərdir. Cədvəldə Teymur rusiyalı Aleksey Drev, fransız Eten Bakro, ispan Fransisko Valyexo, ingilis Naycela Şort və digər görkəmli idmançıları qabaqlayır.

Şəhriyar Məmmədov da öz reytinqini yaxşılaşdırıb.O, 28 xal toplayıb və 29-cu mərhələdə qərar tutur.

Əvvəlki kimi, təsnifatın lideri Harri Kasparov olaraq qalır, onun ardınca Vişvanatan Anand, birinci üçlüyü bolqar Veselin Topalov tamamlayır.

Xəbər lenti

Xəbər lenti