...

DİNARA GİMATOVA LENT İLƏ OYUNLARDA YEDDİNCİ OLUB

Cəmiyyət Materials 6 Oktyabr 2005 21:10 (UTC +04:00)

Azərbaycan gimnastı Dinara Gimatova Bakıda keçirilən dünya çempionatında lent ilə fərdi oyunlarda yeddinci olub.

Trend bildirir ki, öz çıxışında o, 15.500 xal alıb ki, bu da bolqariyalı Simona Peyçevanı qabaqlamaq üçün ona imkan verib. Birinci yeri rusiyalı Vera Sessina, İkinci yeri ukraynalı Anna Bessonova, üçüncü yeri isə onun komanda yoldaşı Natalya Qodunko tutub. Dünya çempionatının üç qızıl medalını qazanmış Olqa Kapranova dördüncü olub.

Qeyd etmək lazımdır ki, lent ilə oyunlarda idmançıların fərdi çıxışlarına yekun vurulub.İrəlidə onları nəticələri dünya bədii gimnastikasında xüsusi qiymətləndirilən müxtəlif növlər üzrə yarışlar gözləyir.

Xəbər lenti

Xəbər lenti