...

AZƏRBAYCAN-YUNANISTAN BİZNES FORUMUNA HAZIRILQ GEDİR

Cəmiyyət Materials 12 Oktyabr 2005 14:51 (UTC +04:00)

"Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyinin Baş Turizm idarəsində oktyabrın sonunda Bakıda keçiriləcək Azərbaycan-Yunanıstan biznes forumuna hazırlıq gedir". Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

"Forum aprel ayında Yunanıstanın turizm nazirinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılıq əsasında təşkil olunacaq. Azərbaycanla Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün hüquqi əsasların yaradılmasını, birgə layihələrin həyata keçirilməsini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutan "Turizm sahəsində əməkdaşlıq haqqında" saziş mövcuddur", - deyə nazirlikdə qeyd edilib.

Nazirlikdən verilən məlumata görə, son zamanlar Yunanıstan şirəktləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərməyə başlayıb və onlar yerli turizm şirkətləri ilə əməkdaşlıq perspektivlərini öyrənmək niyyətindədir. Biznes-forumda iştirak etmək üçün Yunanıstanın aparıcı turizm şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti Bakıya gələcək. Onlara bu sahədə əməkdaşlığın inkişafı üzrə işgüzar təkliflər paketi təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti