...

ƏBÜLFƏZ QARAYEV: AZƏRBAYCANDA TURİZM SAHƏSİNDƏ HEÇ BİR İNHİSAR YOXDUR VƏ OLA DA BİLMƏZ

Cəmiyyət Materials 13 Oktyabr 2005 18:58 (UTC +04:00)

"Azərbaycanda turizm sahəsində heç bir inhisar yoxdur və ola da bilməz".Bu barədə oktyabrın 13-də gənclər, idman və turizm naziri Əbülfəz Qarayev eksklüziv olaraq Trend ə bildirib.

Onun sözlərinə görə, turizm özündə xidmət sahələri seqmentini təqdim edir, burada bu gün tələbatla istifadə olunan xidmətləri heç kim tamamilə şəxsən əhatə etmək iqtidarında deyil.

Nazirin sözlərinə görə, Azərbaycan geniş qollara malik turizm ölkəsidir və burada hər bir rayonun öz seqment bazarı, hər bir turizm məhsulunun öz tələbatı vardır. "Bununla əlaqədar olaraq bu gün ölkədə belə bir turizm şirkəti yoxdur ki, turizmin bütün istiqamətini əhatə etdiyini və inhisar olduğunu bəyan etsin" -deyə o qeyd edib.

Xatırladırıq ki, 1 iyul 2005-ci ildə ölkənin turizm sektorunda İqtisadi inkişaf nazirliyinin inhisar əleyhinə siyasət Departamenti tərəfindən aparılan monitorinq başa çatdırılıb.Monitorinqin yekunlarına əsasən qeyd olunub ki, turizm sektorunda turizmin bir neçə növü üzrə inhisar mövcuddur.

Xəbər lenti

Xəbər lenti