...

Yunan-Roma döyüşü üzrə Azərbaycan komandası Tbilisidə uğurla çıxış edib

Cəmiyyət Materials 20 Oktyabr 2005 11:51 (UTC +04:00)

"Yunan-Roma döyüşü üzrə Azərbaycan komandası Tbilisidə başa çatmış gənclər arasında beynəlxalq turnirdə bir qızıl, iki gümüş və dörd bürünc mükafat qazanıb".

Trend in xəbər verdiyi kimi, fəxri kürsünün ən yüksək pilləsinə 76 kq çəki dərəcəsində Elməddin Abdullayev qalxıb. Xurşud Babaşov (42 kq) və Azad Əliyev (50 kq) finala çıxsalar da, həlledici anda məğlub olublar. Həsən Əliyev (46 kq), Tural Təhməzov (56 kq), Gündüz Əliyev (58 kq) və Alim Rəhimov (76 kq) isə mükafatçılar arasında üçüncüdürlər. İdmançılarımız ümumi komanda hesabında ikinci yerdə olmaqla yalnız Gürcüstandan geri qalırlar.

Xəbər lenti

Xəbər lenti