...

Oksana Məmməədyarova: Doğma divarlar kömək etməlidir

Cəmiyyət Materials 25 Oktyabr 2005 14:00 (UTC +04:00)

"Rəqibin güclü olmasına baxmayaraq, biz doğma divarlar arasında qələbəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik". Bu barədə oktyabrın 25-də Bakıda keçiriləcək Çempionlar Liqasının "Pallavolo Sirio"ya qarşı qrup matçı ərəfəsində "AzərRekyl"in voleybolçusu Oksana Məmmədyarova Trend ə bəyan edib.

Oyunçu belə hesab edir ki, yüksək səviyyədə əsl oyun təcrübəsçini komanda güclü rəqiblə mübarizədə əldə etməlidir. "Şübhəsiz ki, italiyalılar qrupun favoritləri hesab edilsələr də Avropa mövsümü hələ yenicə başlayır. Burada bizə həmişə kömək edən meydan sahibi olmaq amili də nəzərə alınmalıdır", - deyə O.Məmmədyarova bildirib.

Onun fikrincə, kapitan Alla Həsənovanın özünü yenicə göstərməyə başlayıb, buna görə də klubun fəaliyyətində müvəqqəti süqutlar qaçılmazdır. Lakin O.Məmmədyarova "AzerReyl"in öz gücü ilə dörddəbir finala çıxacağına inanır.

Xəbər lenti

Xəbər lenti