...

Azərbaycanın taekvando komandası İsrailin Açıq çempionatının qalibi olub

Cəmiyyət Materials 1 Noyabr 2005 12:47 (UTC +04:00)

Azərbaycanın taekvando komandası İsrailin Qüdsdə başa çatmış Açıq çempionatının qalibi olub.

Milli Federasyianın birinci vitse-prezidenti Füzuli Musayev Trend ə bildirib ki, fəxri kürsünün ən yüksək pilləsinə Fəqan Umudov (80 kq) və dünya və Avropa çempionatlarının gümüş mükafatçısı Təvəkkül Bayramov (+80 kq) qalxıb. Samir Aydınov da 58 kq-dək çəki dərəcəsində qızıl medal qazana bilərdi, amma o ayağını sındırdığı üçün final oyunlarına çıxa bilməyib. Yalnız Fuad Nuriyev (68 kq) mükafatsız qalıb.

F.Musayev də vurğulayıb ki, yarış kifayət qədər nüfuzlu yarış idi və burada Yunanıstan, Kipr, Belçika, Fransa, Rusiya və digər ölkələrin idmançıları iştirak edirdi.

Xəbər lenti

Xəbər lenti