...

3 saylı cəzaçəkmə müəssisəsində baş vermiş ixtişaşlarda təqsirləndirilən 13 nəfər məhkumun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Cəmiyyət Materials 7 Dekabr 2005 16:24 (UTC +04:00)

Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə 13 saylı cəzaçəkmə müəssisəsində baş vermiş ixtişaşlarda təqsirləndirilən 13 nəfər məhkumun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Azər Orucov Trend ə bildirib ki, dekabrın 9-da məhkəmə prosesi vəkillərin çıxışı ilə davam edəcək. Gələn həftə isə təqsirləndirilənlərə hökm oxunacaq.

Kütləvi ixtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə müqavimət göstərmək, cəzaçəkmə müəssisəndə rejim qaydalarını pozmaqda təqsirli bilinə 13 nəfərə dövlət ittihamçısı 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzasının verilməsini istyəib. Ağır cinayətlərə dair işlər üzrə Hərbi məhkəmədə isə Ağamalı Qafarovun sədrliyi ilə 11 saylı müəssisədə baş vermiş kütləvi ixtişaşlarda təqsirli bilinən 15 nəfər hərbçinin məhkəməsi şahid ifadələri ilə davam etdlirilir.

Xəbər lenti

Xəbər lenti