...

Azərbaycanda 27 nəfər xarici vətəndaş qaçqın statusu alıb

Cəmiyyət Materials 8 Dekabr 2005 17:41 (UTC +04:00)

2005-ci ilin sentyabr ayı üçün Azərbaycanda 27 nəfər xarici vətəndaş rəsmən qaçqın statusu alıb. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 8-də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunmuş seminarda bildirilib.

BMTQAK-nin Bakı ofisinin rəhbəri Vilyam Polun bildirdiyinə görə, son bir neçə ildə Azərbaycanda qeydiyyata alınmış üç ölkədən olan qaçqınların statistikası sabit olaraq qalır. Hazırda Azərbaycanda 12 minə qədər qaçqın statuslu xarici vətəndaş qeydiyyata alınıb. Onların 85%-i Çeçenistan, 1500 nəfəri Əfqanıstan, 100 nəfəri İraq, 200 nəfəri İran, yerdə qalanlar isə Pakistan, Türkiyə və digər ölkələrin vətəndaşıdır. Bu statsistka son 11 ili əhatə edir. BMTQAK-nin Azərbaycandakı ofisi ölkədəki fəaliyyəti dövründən, yəni 1992-ci ildən qaçqınların qeydiyyatını aparır.

İndiyə kimi qaçqın statusu almaq üçün ölkə hökumətinə müraciət etmiş 413 nəfərin yalnız 27-nə bu status verilib. Bu rəqəm cəmi 8% təşkil edir.

V.Pollun sözlərinə görə, BMTQAK-nin fəaliyyəti qaçqın və məcburi köçkünlərə hüquqi yardım göstərməklə məhdudlaşmır. Təşkilat 1994-cü ildən Azərbaycanın məcburi köçkünlərinin sosial problemlərinin həllinə yardım göstərir. Bu müddət ərzində 11 min məcburi qaçqın üçün 2800 ev tikilib, Fizuli, Ağcabədi və Ağdam rayonlarında isə bu kateqoriyadan olan 12 min nəfər üçün evlər bərpa edilib.

Xəbər lenti

Xəbər lenti