...

Bakı futbol üzrə Avropa birinciliyinin seçmə turnirini qəbul edəcək

Cəmiyyət Materials 13 Dekabr 2005 16:05 (UTC +04:00)

AFFA futbol üzrə gnclər arasında (U-17) Avropa birinciliyinin seçmə turnirinin Bakıda keçilməsinə nail olub.

Assossiasiyadan Trend ə verilən məlumata görə, gələn il yarşıda iştirak ediləcək Danimarka, Litva və İrlandiya kimi komandaların simasında gələcək rəqiblərin çoxu səs çoxluğu ilə Azərbaycanın namizədliyini dəstəkləyiblər. Kollektivin baş məşqçisi Yaşar Vahabzadənin fikrincə, mini -turnirin doğma divarlar arasında keçirilməsi meydan sahibinin növbəti mərhələdə çıxışlarına yeni stimul verir.

Qeyd etmək lazımdır ki, 3 il əvvəl Bakıda Azərbaycan komandasının uğurla iştirak edərək növbəti mərhələyə keçdiyi bu cür oyun statr götürmüşdü.

Xəbər lenti

Xəbər lenti