...

Əfv Komissiyasının yeni tərkibi 2006-cı ilin iyununda formalaşdırılacaq

Cəmiyyət Materials 16 Dekabr 2005 18:36 (UTC +04:00)

"Əfv Komissiyasının yeni tərkibi prezidentin sərəncamı ilə 2006-cı ilin iyununda formalaşdırılacaq". Bu barədə Trend ə Əfv Komissiyasının üzvü, Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti, millət vəkili Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, adıçəkilən komissiyanın indiki tərkibi 2001-ci ildə formalaşdırılıb. 31 dekabr Azərbaycanlıların Həmrəyliyi Günü prezident tərəfindən əfv fərmanının imzalanacağına gəlincə isə A.Quliyev bu barədə məlumatsız olduğunu bildirib. Hətta Əfv Komissiyasının üzvü kimi ona bu məsələ ilə bağlı müraciət edilmədiyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti