...

Azərbaycanın Qılıncoynatma Federasiyasına prezident seçkiləri yeni ildə keçiriləcək

Cəmiyyət Materials 17 Dekabr 2005 15:07 (UTC +04:00)

Azərbaycanın Qılıncoynatma Federasiyasına prezident seçkiləri yeni ildə keçiriləcək.

Təşkilatın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi məlumata görə, dekabrın sonunda Federasiya nüumayəndələrinin Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Görüşdə bu posta namizədlərin adları açıqlanacaq. "Bununla bağlı bir şey demək hələ tezdir. Hər şey MOK-da görüşdən sonra aydınlaşacaq", - deyə Y.Məmmədov vurğulayıb. Onun sözlərinə görə, prezident seçkiləri dekabrın son günlərində də keçirilə bilər. Lakin seçkilərin yeni ildə keçiriləcəyi ehtimalı daha böyükdür.

Qeyd edək ki, hazırda təşkilatın rəhbəri vəzifəsini müvəqqəti olaraq Y.Məmmədov icra edir.

Xəbər lenti

Xəbər lenti