...

Yunan-Roma güləşi üzrə Azərbaycan komandası Sankt-Peterburqda ikinci olub

Cəmiyyət Materials 19 Dekabr 2005 17:14 (UTC +04:00)

Azərbaycanın yunan-Roma güləşi üzrə komandası Sankt -Peterburqda başa çatan gənclər və yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, fəxri kürsünün ən yüksək pilləsinə müxztəlif yaş kateqoriyalarında mükafat qazanan Murad Hüseynov (55 kq) və Orxan Caabbarlı (53 kq) qalxıb. Həmçinin, mükafatçılar üçlüyünə öz çəki dərəcələri üzrə Fərhad Aydınlı (42 kq), Fərid Ağayev (50 kq), Zaur İslamzadə (70 kq) və Nurlan Nəsirov (85 kq) da daxil olublar. Bu da Mürsəl Qafarovun rəhbərlik etdiyi kollektivə ümumi hlesabda ikinci yeri tutmağa imkan verib.

Qeyd etmək lazımdır ki, yarışda Ukrayna, Belorus, Moldova, Qazaxıstan və digər ölkələrdən olan 12 dəstə iştirak edib.

Xəbər lenti

Xəbər lenti