...

2006-cı ildə Azərbaycanın Ekologiya Nazirliyi meşələrin bərpası ilə bağlı işləri artırmaq niyyətindədir

Cəmiyyət Materials 11 Yanvar 2006 14:10 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi meşələrin bərpası ilə bağlı işlərin həcmini 10 min hektara qədər artırmaq niyyətindədir. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

2003-2008-ci illərdə meşələrin bərpası və artırılması Milli Proqramına müvafiq olaraq 69,7 min hektar ərazidə meşələrin bərpası və yeni meşələrin salınması nəzərdə tutulub. Bu işlərin aparılacağı 14,3 min hektar meşə fonduna daxil olmayan ərazilərdir.

2003-2005-ci illərdə 27657 hektar ərazidə meşələrin bərpası ilə bağlı işlər aparılıb ki, onun 11216 hektarını yeni meşələr təşkil edir. 2005-cı ildə 9500 hektar ərazidə meşələrin bərpası işlərinin aparılması proqnozlaşdırılmışdı ki, bu sahənin 3800 hektarı yeni meşələrin payına düşür. Lakin aparılan işlər nəticəsində bu işlər müvafiq olaraq 9720 və 3810 təşkil edib.

Xəbər lenti

Xəbər lenti