...

AFFA UEFA və FİFA-nı dəstəkləyir

Cəmiyyət Materials 1 Fevral 2006 16:24 (UTC +04:00)

AFFA klubların oyunçuları milli yığmalara buraxmalı olması ilə bağlı qaydanın müdafiəsinə hazır olduğunu bəyan edərək Avropa Futbol Birliyini və FİFA-nı dəstəklədiyini bildirib.

Trend in xəbər verdiyi kimi, UEFA assosiasiyalarının prezidentləri və baş katibləri İsveçrənin Nyon şəhərində görüşərək "Şarlerua" və "Lion" klubları ilə bağlı iki məsələni müzakirə edib və onun nəticələri üzrə qətnamə qəbul edib. Klublar hər iki halda FİFA-nın klubların oyunçulara maddi təzminat ödəmədən milli yığmaya buraxmalı olması ilə bağlı qaydalarına etiraz etməyə çalışıb. "Görünür, bu qayda olmadan Dünya və ya Avropa çempionatı kimi beynəlxalq turnirləri normal keçirmək qeyri-mümkündür. Bundan başqa bu qayda sanki futbolda idman və maliyyə vəhdətinin birbaşa təsdiqidir.

Yığmalar arasında yarışlar milli futbol assosiasiyalarının maliyyələşdirilməsində, xüsusilə həvəskar, peşəkar və kütləvi futbolun inkişafı üzrə onların məşğul olduğu iş üçün mühüm əhəmiyətə kəsb edir. Bütün 52 milli assosiasiya oyunçuların yığmalara çağırılması qaydalarının müdafiəsi işində UEFA və FİFA-nı tamamilə dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti