...

"Qarabağ"ın sıralarında Azərbaycan çempionatının ən yaxşı hücumçularından biri çıxış edəcək

Cəmiyyət Materials 4 Fevral 2006 11:51 (UTC +04:00)

"Qarabağ" futbol klubu milli çempionatın ikinci dövrəsi ərəfəsində gürcü legionerləri ilə müqavilə imzalayıb.

Trend ə məlum olub ki, ağdamlılara yeni qoşulanlar bundan öncə "Gəncə"nin tərkibində çıxış edən əkiz qardaşlar - İrakli və Qoqa Berayadır. Bu futbolçuların komanda heyətinə alınması hücumdakı problemləri həll etməyə imkan verəcək, belə ki, İ.Beraya artıq səkkiz top vuraraq çempionatın ən yaxşı hücumçularından biri hesab olunur. Həmçinin "Qarabağ" rusiyalı Sergey Sokolov, eləcə də Azər Məmmədovun simasında "Gəncə"nin daha iki oyunçusu ilə sıralarını möhkəmlədib. İstisna edilmir ki, ağdamlıların tərkibinə "Turan"ın əsas oyunçusu bolqarıstanlı Asen Nikolov da qatıla bilər.

Xatırladaq ki, çempionatın ikinci dövrəsində "Qarabağ"a Böyükağa Ağayev rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti