...

Müğənni Lalə Məmmədovanın qız övladı dünyaya gəlib

Cəmiyyət Materials 6 Fevral 2006 12:13 (UTC +04:00)

Populyar estrada müğənnisi Lalə Məmmədova fevralın 5-də ana olub. Bu barədə Trend ə müğənninin həyat yoldaşı İlham Qafarov məlumat verib. Müğənninin qız övladı Bakının mərkəzi xəstəxanalarından birində dünyaya gəlib. Valideynləri dünyaya gələn kimi övladlarına Nərgiz adını veriblər. İlk övladını dünyaya gətirən Lalə Məmmədova hazırda özünü yaxşı hiss edir və qız anası olduğuna görə xoşbəxt olduğunu deyib.

Xəstəxananın həkimləri isə körpənin normal vəziyyətdə olduğunu və yaxın günlərdə Nərgiz və Lalənin evə buraxılacağını deyiblər.

Xəbər lenti

Xəbər lenti