...

ABŞ səfirliyinin nümayəndəsi Beynəlxalq Avrasiya Məibuat Fondunda olub

Cəmiyyət Materials 7 Fevral 2006 17:46 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Conatan Henik Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Bu barədə Trend ə Avrasiya Mətbuat Fondundan məlumat verilib.

Fondun sədri Umud Mirzəyev bu təşkilatın fəaliyyəti haqqında, gördüyü işlər və həyata keçirdiyi layihələr barədə ABŞ diplomatına məlumat verib. O, media və vətəndaş cəmiyyətinin inkişafı, sülhməramlı aksiyalar və konfliktologiya, qaçqınların, məcburi kbçkünlərin problemləri və icmanın inkişafı istiqamətlərində indiyədək əldə olunan nailiyyətlərdən danışıb. Fondun nüfuzlu təşkilatlarla - BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, NATO, Beynəlxalq Mətbuat İnstitutu və digər qurumlarla əməkdaşlıq çərçivəsində layihələr həyata keçirdiyini deyib. Qonaq isə qeyd edib ki, təşkilatın qazandığı təcrübəsi onun nüfuzlu qurumlarla yeni əməkdaşlıq əlaqələrinin yaranması üçün geniş perspektivlər açır.

Xəbər lenti

Xəbər lenti