...

Mətbuat Şurasının Daimi Komissiyası 2005-ci ildəki fəaliyyətinə dair hesabat verib

Cəmiyyət Materials 8 Fevral 2006 19:53 (UTC +04:00)

Fevralın 8-də Azərbaycan Mətbuat Şurasının mətbuatla dövlət qurumları arasında problemlərin həlli üzrə Daimi Komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə Daimi Komissiyanın 2005-ci ildə gördüyü işlər barədə hesabat verilib.

Komissiyanın rəhbəri İbrahim Məmmədli bildirib ki, qurum ötən il 57 müxtəlif müraciət və şikayəti araşdırıb. Bunların yarıdan çoxunda media təmsilçilərinin bu və ya digər məsələlərlə bağlı qarşılaşdığı problemlər öz həllini tapıb. Komissiya ötən il paytaxtda və bölgələrdə keçirilən bütün mitinqlərin monitorinqini aparıb, jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyəti ilə maraqlanıb. Daimi Komissiyanın təşəbbüsü ilə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin Gəncədə kütləvi aksiyalar zamanı polis-jurnalist münasibətlərinin tənzimlənməsinə dair regional seminarı keçirilib.

İclasda komissiyanın bu tipli tədbirlərinin 2006-cı ildə də daha geniş miqyasda təşkilinin vacibliyi vurğulanıb. Sonra MŞ-yə daxil olan və komissiyanın icraatına verilən bir sıra müraciətlər araşdırılıb, şikayətlərlə bağlı müvafiq rəylər qəbul olunub.

Xəbər lenti

Xəbər lenti