...

Azərbaycanın təhsil naziri "Quş qripi" ilə əlaqədar maarifləndirmə işlərinin təşkil olunmasına dair fərman imzalayıb

Cəmiyyət Materials 13 Fevral 2006 12:21 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov "Quş qripi" ilə əlaqədar məktəblərdə maarifləndirmə işlərinin təşkil olunmasına dair fərman imzalayıb. Bu barədə Trend ə Təhsil nazirliyindən məlumat verilib.

Bu fərmanla M.Mərdanov nazirliyin hazırladığı "Quş qripi" ilə mübarizə üzrə tədbirlər planını təsdiqləyib. Plana əsasən, nazirliyin müvafiq strukturlarına Səhiyyə nazirliyinin strukturları ilə birgə məktəblərdə izahat işləri aparmaq, xüsusi buklet və paketlər hazırlamaq tapşırılıb.

Fərmanda, həmçinin, NMR-in Təhsil nazirliyinə bu sahədə konkret tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti