...

2007-ci ilin yayında 2 azərbaycanlı jurnalist ABŞ-da 3 həftəlik təcrübə keçəcək

Cəmiyyət Materials 14 Fevral 2006 15:38 (UTC +04:00)

2007-ci ilin yayında 2 azərbaycanlı jurnalist ABŞ-da 3 həftəlik təcrübə keçəcək. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 14-də jurnalistlərlə söhbətində ABŞ-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik məlumat verib.

"Azərbaycanın KİV nümayəndələrindən ingilis dilini bilmək tələb olunmayacaq. Səfər ayrıca proqram çərçivəsində təşkil olunacaq. Jurnalistlərin biri rus, digəri isə türk dilində təcrübə keçəcək" - deyə o qeyd edib.

Bununla yanaşı, səfirliyin nümayəndəsi bildirib ki, jurnalistlərin seçilməsi üzrə hər hansı müsabiqə keçirilməyəcək. "Biz treninqlərdə iştirak etmək üçün jurnalistləri özümüz seçəcəyik", - deyə C.Henik sonda əlavə edib.

Xəbər lenti

Xəbər lenti