Kristin Freyzer və İqor Lukanin bu günlərdə Turində keçirilən Olimpiya oyunlarında 19-cu yeri tutublar.
 
 Trend  in verdiyi məlumata görə, idmançılar beşinci çıxış etdikləri sərbəst proqramın yekunları  üzrə əvvəlcə birinci, daha sonra isə birinci onluğun hüdudlarını tərk edərək 17-ci yeri tutublar. Fiquristlər öz çıxışları ilə xoş əhval-ruhiyyə yaradaraq  turnir protokolunda  ABŞ, Fransa, İsrail, Ermənistan, Polşa və Ukraynadan olan rəqiblərini qabaqlaya biliblər. K.Freyzer və İ.Lukanin hər dəfə buz üzərinə çıxarkən öz nəticələrini yüksəldiblər. Əgər vacib proqramdan sonra  onlar 20-ci yerdə idilərsə, orijinal rəqs bir neçə gündən sonra onların 19-cu yerlə kifayətlənməli olublar. Lakin 3 rəqsin yekunları üzrə fiquristlər 148,24 bal toplayaraq 19-cu yeri tuta bildilər.
Eyni zamanda, qələbəni hələ oyunlar başlamamışdan əvvəl əsas favoritlər hesab edilən rusiyalı Tatyana Navka - Roman Kostomarov bayram ediblər.
