...

Jurnalistlərə fərxri adlar və medalların təqdimatı fevralın 28-nə təyin olunub

Cəmiyyət Materials 21 Fevral 2006 16:48 (UTC +04:00)

Jurnalistlərə fəxri adların və mükafatların verilməsi mərasimi fevralın 27-dən 28-nə keçirilib. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Milli Mətbuatın 130 illik yubileyi münasibətilə bir sıra jurnalistlərə verilmiş fəxri ad və medallardan ibarət mükafatların təqdimetmə mərasimi fevralın 28-də saat 15.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək. Mətbuat Şurasından bildirilib ki, qurum bu tədbirin gerçəkləşməsi üçün hazırda mükafata layiq görülən jurnalistlərlə əlaqələr saxlayır. Həmin şəxslərin təqdimatda iştirakı zəruridir.

Qeyd edək ki, ötən il Azərbaycan Milli Mətbuatının 130 illik yubileyi münasibətilə prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ümumilikdə 133 jurnalist orden və fəxri adlara layiq görülüb.Onlardan 1 nəfəri "Şöhrət ordeni", 64-ü "Tərəqqi" medalı ilə təltif olunub. 27 jurnalist "Əməkdar mədəniyyət işçisi", 37-i isə "Əməkdar jurnalist" adını qazanıb. 4 nəfər Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdünə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti