...

Təhsildən yazan jurnalistlər üçün treninqlər keçiriləcək

Cəmiyyət Materials 21 Fevral 2006 16:49 (UTC +04:00)

Təhsil sahəsindən yazan jurnalistlər üçün xüsusi treninqlər keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Mətbuat Şurası ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən, prosesin martın əvvəllərindən başlanması nəzərdə tutulub.

Treninqlərdə məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı biliklərinin artırılması, onların yeniliklərlə operativ surətdə təmin olunması mexanizminin daha da gücləndirilməsidir.

Qeyd edək ki, KİVnümayəndələri üçün belə treninqlərin digər dövlət qurumlarının xəttilə də təşkil olunacağı istisna edilmir. Hazırkı treninqlər isə Mətbuat Şurası ilə Təhsil Nazirliyinin birgə layihəsidir.

Xəbər lenti

Xəbər lenti