...

Son 20 il ərzində Azərbaycanda məktəbəqədər müəssisə tikilməyib

Cəmiyyət Materials 25 Fevral 2006 12:54 (UTC +04:00)

Son 20 il ərzində Azərbaycanda məktəbəqədər müəssisə tikilməyib. Bu barədə Trend ə Təhsil nazirliyindən məlumat verilib.

Hazırda ölkədə fəaliyyət göstərən belə müəssisələrin 65%-i əsaslı təmir olunmalıdır. 80%-dən çox müəssisələrdə istilik sistemi işləmir. Müəssisələrin 32%-də 1683 məcburi köçkün ailəsi məskunlaşıb.

Nazirlikdən o da bildirilib ki, məktəbəqədr yaşlı uşaqların bu müəssisələrə cəlb olunması səviyyəsi çox aşağıdır. Ölkə üzrə statistika cəmi 19,9%, iri şəhərlər üzrə - 27,6%, kənd yerlərində isə 8,6%-dək təşkil edir.

Qeyd edək ki, Finlyandiyada bu göstərici 99%, Almaniyada - 90%, bir sıra MDB ölkələrində isə 50-85% təşkil edir.

Xəbər lenti

Xəbər lenti