Fevralın 27-də Azərbaycan məhkəmələrində vakant hakim yerlərinə namizədlərin imtahanlarının təlim mərhələsi başlanıb. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.
Qeyd edək ki, bu, imtahanların 4-cü mərhələsidir və 4 ay müddətinə başa çatacaq. "Bu mərhələnin 2 ayı nəzəri hazırlıq, 2 ayı isə məhkəmələrdə təcrübəyə ayrılıb. Mərhələ başa çatdıqdan sonra namizədlər təkrar yazılı və şifahi şəkildə imtahan verəcək. Namizədlər təkrar mülki və cinayət sahəsini əhatı edən sualları cavablandıracaq. Lakin sonuncu mərhələlərdə suallar əvvəlki mərhələlərə nisbətən daha mürəkkəb və çətin olacaq. Bundan başqa, onların 2 ay ərzində məhkəmələrdə keçdikləri təcrübələr zamanı hökm, qərar, qərardad və s. sənədlərin hazırlanma qaydalarının hansı şəkildə mənimsəmələri də yoxlanılacaq" - deyə İ.Nağıyev bildirib.
İ.Nağıyevin sözlərinə görə, təlim kursları Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində keçirilir.