...

Zaur Tağızadə bir aydan sonra yığmaya qayıda bilər

Cəmiyyət Materials 28 Fevral 2006 14:30 (UTC +04:00)

"Neftçi"nin yarımmüdafiəçisi, aldığı zədədən sonra reabilitasiya kursu keçən Zaur Tağızadə bir ay ərzində yığmaya qayıda bilər.

Trend in məlumatına görə, futbolçu tibbi müayinədən keçəmk üçün Almaniyaya yola düşüb və bu müayinəni nəticələrindən çox şey asılıdır. Zaur əməliyyat olunduğu təqdirdə "Neftçi"yə artıq apreldə qayıda bilər. Lakin komandanın məşqçisi Ağasəlim Mircavadovun Birlik kubokunu və milli çempionatın bir sıra vacib görüşlərini buraxmış Z.Tağızadəyə ümid ola bilmir.

Xatırladaq ki, aparıcı yarımmüdafiəçi əvvəllər İstanbulda və Kiyevdə müalicə olunsa da, zədənin ciddiliyi ona yığmaya vaxtından əvvəl qayıtmağa imkan verməyib.

Xəbər lenti

Xəbər lenti