...

MQİBİ-nin həbsdə olan keçmiş baza müdirinin həbs müddəti uzadılıb

Cəmiyyət Materials 1 Mart 2006 17:14 (UTC +04:00)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) İntendant, Təchizat və Ticarət Bazasının sabiq müdiri, hazırda həbsdə olan Cavanşir Cabbarovun barəsindəki həbs müddəti növbəti dəfə 3 ay müddətinə uzadılıb. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əntiqə Qonaqova məlumat verib.

"C.Cabbarov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir. Onun həbs müddətinin uzadılması əlavə istintaq hərəkətlərinin aparılması, o cümlədən, bu yaxınlarda həbs olunmuş keçmiş MQİBİ işçiləri ilə üzləşmələr aparılması ilə əlaqədardır" - deyə Ə.Qonaqova bildirib.

Qeyd edək ki, Cavanşir Cabbarovun fəaliyyəti araşdırıldıqdan sonra o, 2005-ci ilin ilk aylarında həbs olunub.

Xəbər lenti

Xəbər lenti