...

İranın cudo komandası Bakıya təlim-məşq toplanışına gələcək

Cəmiyyət Materials 9 Mart 2006 16:10 (UTC +04:00)

İranın cudo komandası təlim-məşq toplanışları keçirmək üçün martın 10-da Bakıya gələcək.

Azərbaycan yığmasının baş məşqçisi Trend ə bildirib ki, birgə hazırlıq yəqin ki, onun yetirmələrinə müsbət təsir edəcək. Xüsusən də İrandan olan rəqiblər dünyanın mundiallarda medallar qazanan ən güclü cudoçularındandır. "Bu toplanışlar bizə çox lazımdır, belə ki, atletləri çox gərgin mövsüm gözləyir. Baxmayaraq ki, bu il təqvimdə dünya çempionatı yoxdur, amma İran komandası ilə sparrinqləri qiymətləndirmək çətin olacaq" - deyə məşqçi qeyd edib.

Xatırladaq ki, ötən həftə Azərbaycan kollektivi tərkibində dörd cudoçu ilə Norveçdə olub və orada Skandinaviya atletləri ilə birgə məhsuldar toplanışlar keçirib.

Xəbər lenti

Xəbər lenti