...

Moskvada "Azərbaycanın idman fotoobyektivləri" adlı fotosərgi açılıb

Cəmiyyət Materials 13 Mart 2006 14:00 (UTC +04:00)

Martın 13-də Moskvada "İTAR-Tass" informasiya agentliyinin sərgi zalında "Azərbaycanın idman fotoobyektivləri" adlı fotosərgi açılıb.

Gənclər və İdman nazirliyinin mətbuat katibi Raqif Abbasovun Trend ə verdiyi məlumata görə, sərgidə respublikada keçirilmiş müxtəlif iri beynəlxalq turnirlər, o cümlədən voleybol üzrə Qran-Pri seçmə turniri, bədii gimnastika üzrə dünya çempionatı, taekvando üzrə lisenziyalı yarışlar və s. zamanı yerli fotojurnalistlər tərəfindən çəkilmiş təxminən 100 foto nümayiş etdiriləcək. Fotosərgiyə RF-nin bədən tərbiyəsi və idman üzrə Federal Agentliyinin rəhbəri Vyaçeslav Fetisov və onun azərbaycanlı həmkarı Azad Rəhimov da baş çəkəcək.

R.Abbasov onu da qeyd edib ki, martın 15-dək davam edəcək ekspozisiya Azərbaycanda Rusiya illərinə həsr olunub.

Xəbər lenti

Xəbər lenti