...

Azərbaycan taekvandoçuları Hollandiyada iki bürünc medal qazanıb

Cəmiyyət Materials 22 Mart 2006 12:55 (UTC +04:00)

Azərbaycanın taekvando komandası Eyndhovendə başa çatmış Hollandiya Açıq Çempionatının yekunlarına görə iki bürünc medal qazanıb.

Milli Federasiyasının birinci vitse-prezidenti Fizuli Musayevin Trend ə verdiyi məlumata görə, 72 kq çəki dərəcəsində iştirakçılar arasında ilk üçlüyu ikiqat Avropa çempionu Niyaməddin Paşayev qapayıb. Yarımfinalda atletimiz ABŞ-dan olan və yarışın qalibi Mark Lopesə məğlub olub.

Daha bir bürünc medala isə əvvəlcə yarış sahibi Robert Bekker üzərində qələbə qazanan Rəşad Əhmədov layiq görülüb. Daha sonra Afina Oyunlarının iştirakçısı alman Qabriel Matlasa, fransız Avqustin Bata qalib gəlib. Ancaq o, yarımfinalda bir xal fərqi ilə ispan Rosando Alonsoya məğlub olub.

Digər idmançılarımıza gəlincə, 2003-cü il dünya çempiontının bürünc mükafatçısı Zahid Məmmədov (54 kq) dörddə bir finalda elə yarışın qalibi meksikalı Rodolfo Asarnioya məğlub olub, hollandiyalı Antvan Yanse ilə görüşən digər həmyerlimiz Təvəkkül Bayramov (84 kq) da dörddə bir finalda oyunu dayandırıb. Eyni nəticəni ispan Beleq Asensioya məğlub olmuş Şahrun Yusifov (47) da göstərib.

Xəbər lenti

Xəbər lenti