...

Nazim İbrahimov: "Azərbaycanın diaspor siyasəti İranın daxili işlərinə yönəlməyib"

Cəmiyyət Materials 22 Mart 2006 13:21 (UTC +04:00)

"Dünya Azərbaycanlılarının ikinci qurultayında İranla bağlı səslənən bəzi fikirlər Azərbaycanın rəsmi mövqeyi ola bilməz. Çünki Azərbaycanın rəsmi mövqeyində və sənədlərində belə yaşanmaya heç vaxt rast gəlinməyib". Trend in məlumatına görə, bu fikrləri ANS-ə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Qeyd edək ki, martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının ikinci qurultayında DAK sədri Cavad Derəxtinin İranla bağlı bəzi tənqidi fikirlər səsləndirməsi İranın Azərbaycandakı səfiri Əfşar Süleymaninin qəzəbinə səbəb olub və o, Xarici İşlər Nazirliyinə nota verib.

Nazim İbrahimov deyib ki, rəhbəri olduğu Dövlət Komitəsi, həmçinin bütün dövlət strukturları İranın daxili işlərinə müdaxilə etmir və ona zidd siyasət yürütmür: "Artıq 3 ildir, Dövlət Komtəsi mövcuddur və biz həmişə bəyan etmişik ki, İranın daxili işlərinə qarışmırıq. Azərbaycanın diaspor siyasəti İranın daxili işlərinə yönəlməyib. Azərbaycandan çıxan azərbaycanlılar bizim diasporumuzdur. İranda yaşayan azərbaycanlılarla da iş aparırıq. Çünki İrandan köçüb başqa ölkələrdə yaşayan milyonlarla azərbaycanlı var. Onların hər birinin də öz mövqeyi var və bu fikirlərin Azərbaycan Respublikasına aıdiyyəti yoxdur".

N.İbrahimov qeyd edib ki, İranın Azərbaycandakı səfiri emosional çıxışlar etməməlidir.

Xəbər lenti

Xəbər lenti