...

Azərbaycanın dzü-do komandası Rotterdama yola düşəcək

Cəmiyyət Materials 22 Mart 2006 13:58 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın dzü-do üzrə komandası bu həftənin sonunda Rotterdamda keçiriləcək Dünya Kubokunun mərhələsində iştirak edəcək.

Ölkə yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, kollektivin tərkibinə Zaur Bağırlı (60 kq), Ramil Qasımov (66 kq), Elnur Məmmədov (73 kq), Afina Olimpiadasının iştirakçısı Mehman Əzizov və gənclər arasında Avropa birinciliyinin qalibi Araz Muxtarov (hər ikisi 81 kq) daxildir. Yarışda üçqat Avropa çempionu Elçin İsmayılov və Osakadakı 2003-cü il mundialının mükafatçısı Mövlud Mirəliyev (100 kq) aldıqları zədələrdən müyalicə olunduqlarına görə iştirak etmirlər.

Xəbər lenti

Xəbər lenti