...

Dünya Azərbaycanlılarının II qurultayını əks etdirən kitab çap olunaraq Azərbaycan diasporuna göndəriləcək

Cəmiyyət Materials 22 Mart 2006 18:35 (UTC +04:00)

Trend-i buradan izləyin

Dünya Azərbaycanlılarının ikinci qurultayında qəbul olunmuş sənədlər beynəlxalq təşkilatlara göndərilməsi üçün hazırda xarici dillərə tərcümə edilir. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən həmçinin bildirilib ki, həmin qurultayın bütün xronologiyası kitab şəklində nəşr olunacaq. "Dünya Azərbaycanlılarının ikinci qurultayı" adlı bu kitab və qurultayı əks etdirən fotoalbom dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara, Azərbaycan diaspor təşkilatlarına göndəriləcək. Kitab qurultayda iştirak etmiş nümayəndələrə də paylanacaq.

Qeyd edək ki, qurultaydan sonra iştirakçılara, qonaqlara Azərbaycan diaspor tarixinə həsr edilmiş iki kitab paylanılıb. Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri" kitabı, "Qarabağ xanəndələri" adlı albom-kitab-disk dəsti qurultay nümayəndələrinə paylanılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının hazırladığı "Erməni terroru" adlı 9 dildə kitab-disklər də qurultay iştirakçıları olan azərbaycanlılara və xarici qonaqlara təqdim olunub.

Xəbər lenti

Xəbər lenti