...

AFFA ən yaxşı məşqçiləri müəyyən edəcək

Cəmiyyət Materials 22 Mart 2006 18:38 (UTC +04:00)

AFFA-nın uşaq-yeniyetmə futbolunda çalışan mütəxəssisləri üçün məşqçilik kursları martın 23-də "Şəfa" idman-sağlamlıq kompleksində başlayır.

Trend bildirir ki, məşqçilərə Assosiyasiya nəzdində Elmi-metodoloji mərkəzin əməkdaşları Dövlət bədən tərbiyəsi və idman akademiyasının futbol kafedrasının müdiri Rafiq Bağırovun başçılığı ilə mühazirələr oxunacaq və seminar başa çatdıqdan sonra onlar "S" dərəcəli lisenziyalar alacaq. Artıq iyirmi yeddi məşqçi tədbirdə iştiirak etmək arzusunu bildirib, amma bu rəqəm artırıla da bilər.

Həftəlik nəzəri-praktiki kursun yekunlarına əsasən, UEFA-nın himayəsi ilə keçiriləcək gələcək seminarlarda öz ixtisasını artırmaq üçün iştirak edə biləcək namizədlər müəyyən ediləcək. Məşqçilər müvafiq imtahanları martın 29-da verəcək, habelə həmin vaxt məşqçilərin bilik dərəcəsi və onların gələcək perspektivləri müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti