...

"Yeni fikir" Gənclər Təşkilatı rəhbərlərinin məhkəmə prosesi martın 31-də keçiriləcək

Cəmiyyət Materials 24 Mart 2006 19:14 (UTC +04:00)

"Yeni fikir" Gənclər Təşkilatının rəhbərlərinə qarşı qaldırılmış cinayət işi ilə bağlı materiallar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Bu barədə Trend ə müttəhimlərin vəkili Osman Kazımov məlumat verib.

İşlə bağlı məhkəmənin hazırlıq iclası martın 31-nə təyin olunub. Məhkəmə prosesi Ağır Cinayətlərə Dair Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, "Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, birinci müavini Səid Nuriyev və təşkilati məsələlər üzrə müavin Ramin Tağıyev Cinayət Məcəlləsinin 278, 192.2.1, 192.2.2 maddələri ilə - hakimiyyətin zorla ələ keçirilməsi və qanunsuz sahibkarlıq fəaliyyətində təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti