...

Azərbaycanın Səhiyyə Nazirliyi vərəmlə mübarizə üzrə Dövlət Proqramı hazırlayır

Cəmiyyət Materials 25 Mart 2006 13:57 (UTC +04:00)

Hər il dünyada 10 milyona yaxın insan vərəm xəstəliyinə yoluxur, 3 milyona yaxını isə dünyasını dəyişir. Trend in məlumatına görə, bu barədə səhiyyə nazirinin müavini Sənan Kərimov Ümumdünya səhiyyə təşkilatının (ÜST) statistik məlumatına əsasən bildirib.Onun sözlərinə görə, tibbi müəssisələrdə hər il 3,5-3,7 min vərəm xəstəsi qeydə alınır, amma son illər ərzində onların sayı azalır.

Azərbaycanda 2005-ci ilin yekunlarına əsasən, 3705 nəfər, 2001-ci ildə isə 4847 nəfər qeydə alınıb. Bu illər ərzində vərəm miningitindən 48 nəfər ölüb, onlardan 22-si uşaqdır. S.Kərimov qeyd edib ki, 2001-ci ildə Azərbaycanda 100 min nəfərdən 69-u, ötən il isə 40,4-ü vərəm xəstəsi idi.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da vərəmlə mübarizə strategiyası hazırlayıb. Bu, 2000-ci ildən qüvvədədir, həmin ilin mayından isə qanun qüvvəyə minib. Vərəmli xəstələrin müalicəsi üçün 2002-ci ildən ÜST-in DOTS proqramı qəbul edilib.

Nazir müavini qeyd edib ki, müsbət nəticələr əldə olunmasına baxmayaraq problemlər bu gün də vardır. Onun sözlərinə görə, yeni nəsil preparatların istifadəsi ilə xəstəliyin yüksək səviyyədə müalicəsi üçün yeni proqramın gerçəkləşdirilməsinə başlanıb. Bundan başqa, hazırda səhiyyə Nazirliyi vərəmin profilaktikası, aşkar edilməsi və müalicəsi ilə bağlı tədbirləri nəzərdə tutan Dövlət proqramı hazırlayır. Proqram yaxın vaxtlarda qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti